Azedu.az

UNEC “Webometrics” də birinci oldu

Ali təhsil

Maraqlı

1 Avqust 2023, 12:14
UNEC “Webometrics” də birinci oldu

Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən, UNEC dünya universitetlərinin ilk 10%-liyində yer alaraq, ilk dəfə ölkə üzrə birinci yerə yüksəldi.

 

AzEdu.az xəbər verir ki, dünyanın 32 minə yaxın universitetlərinin reytinqini  hazırlayan Webometrics-də UNEC son illərdə 15 min universiteti geridə buraxmış və hazırda inamla irəliləməkdədir. 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutan UNEC, 6 aydan sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi oldu.

 

Qeyd edək ki, QS Dünya Universitetləri Reytinqində də  (QS World University Rankings 2024) UNEC ölkə birincisi olmuşdu.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox