Azedu.az

UNEC-də QS Dünya universitetlər reytinqinin son nəticələri təhlil edilib

Ali təhsil

Maraqlı

22 İyul 2023, 12:20
UNEC-də QS Dünya universitetlər reytinqinin son nəticələri təhlil edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) QS Dünya universitetlər reytinqinin (QS World University Rankings 2024) son nəticələri təhlil edilib.

 


Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 


Müzakirələrdə UNEC-in Azərbaycanda QS Dünya universitetlər reytinqi 2024 üzrə birinci yerə yüksəlməsi xüsusilə qeyd edilib. Bununla yanaşı, QS reytinqində gələcək illərdə daha sürətlə irəliləməsi üçün güclü və zəif tərəflər, UNEC üçün əsas risk və təhdidlər haqqında danışılıb.

 

Müzakirə zamanı UNEC-in QS və digər reytinqinə əsas təhdid kimi birmənalı olaraq bu və digər universitetin süni rəqabət üstünlüyünün yaradılmasına və Azərbaycanda universitetlər arasında ədalətli rəqabət mühitinin pozulmasına yönəlmiş qərarların verilməsi vurğulanıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox