Bakı Dövlət Universitetində (BDU) əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” növü üzrə sənəd qəbulu prosesi davam edir.
Bu barədə AzEdu.az-a BDU-dan məlumat verib.
BDU-da təkrar ali təhsil almaq istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.
Sənəd qəbulu avqustun 31-də saat 18:00-da başa çatacaq.