Azedu.az

UNEC-də Xarici Dillər Departamenti yaradıldı

Ali təhsil

Maraqlı

14 İyul 2023, 17:41
UNEC-də Xarici Dillər Departamenti yaradıldı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xarici Dillər Departamenti yaradıldı.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, departamentin tərkibində Xarici dillərin tədrisi mərkəzi, Xarici dil üzrə tələbələrin biliyinin qiymətləndirilməsi mərkəzi və Tərcümə mərkəzi fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, UNEC-də ingilis dilinin tədrisi və tələbələrin dil biliyinin qiymətləndirilməsi “Dinləmə”, “Oxu”, “Yazı” və “Danışıq” (Listening, Reading, Writing, Speaking) bacarıqları üzrə beynəlxalq təcrübəyə əsasən aparılır. UNEC-in strateji hədəfi tələbələrin məzun olduqda ingilis dili biliyinin ən azı B1+ və ya B1 Strong səviyyəsində olmasını təmin etməkdir.
Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox