![](https://azedu.az/uploads/news/2023/06/azedu.az_news_20220422124327_447.jpg)
Bakı, Sumqayıt və Şamaxı şəhərlərində yerləşən kolleclərə qəbul olmaq üçün musiqi sənəti və təsviri sənət istiqamətləri üzrə qabiliyyət imtahanı komissiyalarından qeydiyyatdan keçən abituriyentlər ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
DİM-dən AzEdu.az-a bildirilib ki, qeyd edilən şəhərlərdə yerləşən kolleclərə qəbul üçün qabiliyyət imtahanları Bakı şəhərində keçiriləcək.
Musiqi sənəti istiqaməti üzrə imtahanlar 6, 7 və 10 iyul 2023-cü il tarixlərində Bülbül adına orta ixtisas musiqi məktəbində, Təsviri sənət istiqaməti üzrə imtahanlar isə 8-10 iyul 2023- cü il tarixlərində 167 saylı tam orta məktəbdə keçiriləcək.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən tarixdə və saatda ünvanı qeyd olunmuş imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər).
Musiqi sənəti istiqaməti üzrə imtahana gələn abituriyentlər digər sənədlərlə yanaşı proqram formasını da çap edərək gətirməlidirlər.
İmtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Musiqi sənəti | ||
Kom. № | İxtisas | Tarix |
221 | İnstrumental ifaçılıq (fortepiano və orkestr alətləri) | 06-07.07.2023 |
222 | İnstrumental ifaçılıq (xalq çalğı alətləri) | 06-07;10.07.2023 |
223 | Vokal sənəti (xanəndəlik) | 10.07.2023 |
224 | Vokal sənəti (klassik vokal) | |
225 | Vokal sənəti (milli vokal) | |
227 | Aşıq sənəti | |
228 | Populyar musiqi və caz ifaçılığı (vokal) | |
229 | Populyar musiqi və caz ifaçılığı (alətlər) |
Təsviri sənət | ||
Kom. № | İxtisas | Tarix |
210 | Təsviri sənət (ADRA nəzdində incəsənət kolleci) | 08-10.07.2023 |
211 | Təsviri sənət | 10.07.2023 |
212 | Heykəltəraşlıq | 08;10.07.2023 |
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)