Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 09:44:10
DİM məktəblilərə imtahan keçirib

2023-cü il İyun ayının 15-də Dövlət İmtahan Mərkəzində məktəblilər üçün Kembricin kompüter əsaslı “B1 Preliminary for Schools” və “A2 Key for Schools” imtahanları keçirilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

Hər iki imtahanın oxu, yazı və dinləmə blokları kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilib. İmtahanda ümumilikdə 89 nəfər iştirak edib. İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

 

Növbəti Cambridge Kembric İmtahanlarının tarixləri haqqında məlumat əldə etmək və qQeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/cambridxge-in-ngilis-dili-zr-kvalifikasiyalar/