Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 16:35:58
Gələn həftə MİQ imtahanlarının elanı veriləcək

Bu il müəllimlərin işə qəbulu (MİQ) üzrə 10 minə yaxın vakansiyanın elan edilməsini planlaşdırırıq.

AzEdu.az saytı xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.


O bildirib ki,növbəti həftədən MİQ imtahanları ilə bağlı elan veriləcək.

"MİQ müsabiqəsi üçün 31 imtahan mərkəzi yaradılacaq. 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək".

Nazir bildirib ki, son illər MİQ imtahanları vasitəsilə 34 minə yazın müəllim işə qəbul olunub.