Avqust ayı ərzində Bakıda kirayə mənzil bazarında bahalaşma müşahidə olunub.
AzEdu.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymət artımı 3,83 faiz təşkil edib. Ekspert vurğulayıb ki, mənzillərin bir kvadrat metrinin qiyməti 8,43 manatdan 8,76 manata qədər artıb.
Ekspert eləcə də həmin yerlərdə, həmçinin metro stansiyalarına yaxın ərazilərdə 1 və 2 otaqlı kirayə mənzillərə tələbatın daha çox olduğunu qeyd edibr.