Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 13:49:00
UNEC tələbələri Macarıstan və Çexiyada təlim keçiblər

UNEC SABAH mərkəzinin rəhbəri dosent Aida Quliyevanın rəhbərliyi ilə SABAH mərkəzinin 20, Rus İqtisad Məktəbinin 3, Maliyyə və Mühasibat Fakültəsinin isə 1 tələbəsi Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin və Praqa Biznes Məktəbinin (PBS) təşkil etdikləri seminar və mühazirə proqramında və təlimlərdə iştirak edib.

 

AzEdu.az xəbər verir ki, tələbələr Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin İqtisadiyyat fakültəsində seminar və mühazirələr dinlədikdən sonra, Çexiyanın Praqa Biznes Məktəbinə səfər ediblər. Praqada “Akademik yazı: kəmiyyət araşdırmaları” və “Biznesdə, İqtisadiyyatda və Təhsildə Liderlik” təlimlərinə qatılıblar.

 

Tələbələr hər iki universitetin təşkil etdiyi tədbirlərdə uğurla iştirak edərək, sertifikatlar qazanıblar.

 

UNEC kollektivi səfər çərçivəsində Avstriyanın Vyana şəhərindəki Azərbaycan səfirliyinin Mədəniyyət mərkəzində də olub. Mərkəzin  rəhbəri Elvin Niftəliyev tələbələrə fəaliyyətləri barədə məlumat verib.