Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) üç məzunu Fransa universitetlərində magistraturanı bitirərək hazırda həmin ölkənin elmi institutlarının laboratoriyalarında uğurla tədqiqatlar aparır.
AzEdu.az xəbər verir ki, həmin məzunlar UFAZ-da müxtəlif ixtisaslar üzrə təhsil alıblar.