Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 11:10:00
Türkiyədəki tələbələrin köçürülməsi üçün qaydalar dəyişməlidir! - Eks-deputatdan TƏKLİF

Elm və təhsil naziri Emin Əmrullayev son açıqlamalarında bildirib ki, Türkiyə universitetlərinə atestatla qəbul olunmuş və zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi mümkün deyil. 

 

Bəs bu qərar nə dərəcədə doğru hesab olunur? Seysmik zonada təhsil alan tələbələrin aqibəti necə müəyyənləşdirilməlidir?

 

Mövzu ilə bağlı tanınmış pedaqoq, sabiq deputat Sona Əliyeva AzEdu.az-a açıqlamasında kütləvi köçürülmə halnın çox çətin olacağını bildirib:

 

"Hər universitetdə müvafiq yer sayı, normativlər mövcuddur. Köçürülmə ilə bağlı qanunvericiliyin tələblərində müəyyən nüanslar, tələblər mövcuddur. Prosesi həyata keçirən zaman bu tələblər nəzərə alınmalıdır. Fövqəladə vəziyyət olduğu üçün, hər bir halda vətəndaşların narahatlığı nəzərə alınaraq, məsələ ilə bağlı müəyyən addımların atılması doğru olardı. Zəlzələ bölgəsində, yaxud seysmik aktivlik yüksək olan zonalarda təhsil alan tələbələrin köçürülməsinə köməklik göstəriləcəyini istərdim. Köçürülmə təkcə Elm və Təhsil Nazirliyinin işi deyil, köçürülmə ilə bağlı qərarlar Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Qanunvericiliyin tələbləri, yer sayı və normativlərlə tənzimlənir".

 

S.Əliyeva bəzi ixtisasların Azərbaycan universitetlərində olmadığını, yaxud alternativinin çox az olduğunu bildirib.

 

"Bu da bigər bir problem olaraq qalmaqdadır. Hər bir məsələ istəkdən aslıdır. Problem Milli Məclisdə müzakirəyə çıxarılıb, qanunvericilik, yaxud Nazirlər Kabinetinin aktlarına düzəliş edilsə, məsələnin həllini tapacağını düçünürəm. Müəyyən faktlar nəzərə alınmalıdır. Necə ki, pandemiya dövründə əhaliyə müəyyən güzəştlər edildi. Məsələn, vergi ilə bağlı, müvafiq ödəmələr, yardımlar olundu, eləcə bu fövqəladə hadisə üçün müəyyən müddət ərzində hansısa qaydalar tətbiq edilə bilər.

Elmi araşdırmalar nəticisində altı ay ərzində ərazidə seysmik aktivliyin yüksək olacağını bildiriblər. Bu səbəbdən valideynlərin də narahatlığını nəzərə alaraq, dövlət bu işdə maraqlı olmalıdır və səy birliyi nəticəsində Azərbaycan Respublikası vətəndaşlarına kömək olunmaldır", -deyə sabiq deputat bildirib.