Azedu.az

İqtisad Universitetində Karyera Günü keçiriləcək

Ali təhsil

Maraqlı

24 Fevral 2023, 13:05
İqtisad Universitetində Karyera Günü keçiriləcək

Fevralın 27-də UNEC-də KPMG Azərbaycan şirkətinin iştirakı ilə  Karyera Günü keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, Karyera Günündə tələbələrə KPMG Azərbaycan şirkətinin fəaliyyət strategiyası və iş prinsipi barədə məlumat veriləcək və imtahan təşkil olunacaq. İmtahanda yüksək nəticə göstərən tələbələr şirkətdə işləmək imkanı əldə edəcəklər. 

 

Qeyd edək ki, KPMG “Böyük Dördlük” audit şirkətlərindən biri olan qlobal mühasibat şirkətləri şəbəkəsidir və bank və maliyyə qurumlarına, müəssisələrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir.

 

Karyera Günü saat 11:00-da, UNEC-in əsas tədris binasının Ağ zalında keçiriləcək.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox