“Qorxulu yuxu olaraq hər zaman xatırlayacağam”.
AzEdu.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyədə təxliyə olunan kiçik soydaşımız Ağasəlim Səlimov öz açıqlamasında deyib.
O dəhşətli iki zəlzələnin şahidi olduğunu deyib:
“Şanlıurfada idik. Səsə ayıldıq. Evimiz çatlamışdı. Biz yuxarı çıxana qədər ikinci zəlzələ baş verdi. Çox qorxulu idi. Dostlarımdan dağıntı altında qalanlar oldu. Heç vaxt o günü unutmayacağam”.