Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-29 16:00:00
Məktəblərdə ikinövbəli dərslər keçirilməməlidir- CİDDİ FƏSADLAR

 

“Siniflərdə şagird sıxlığı problemi varsa, məktəblərin sayını artırmalıyıq”.

 

Bu gün Azərbaycan ümumtəhsil məktəblərində şagird sıxlığı müşahidə olunur.  Hətta iki və daha çox növbəli dərs tədris olunan məktəblər də var.

 

Elm və təhsil naziri də  son çıxışında  ölkədə cəmi 0,3 faiz sinifdə şagird sıxlığı olduğunu bildirib. Həmçinin, bu siniflərin məktəblər yaxşı nəticə göstərən təhsil ocaqlarıdır.

 

Bəs məktəblərdəki şagird sıxlığı təhsil sisteminə necə təsir göstərir?

 

Sualımızı təhsil jurnalisti Məzahir Məmmədli cavablandırdı. Onun sözlərinə görə, məktəblərdə şagird sıxlığı təhsilin keyfiyyətində ciddi problemlərə səbəb olur:

 

“Bu problem daha çox ibdidai siniflərdə müşahidə olunur. Azərbaycan təhsil sistemində dərslərin  birnövbəli olması, sıxlıq yarandığı halda  siniflərin və müəllimlərin sayı artırılmalı olduğu nəzərdə tutulub. Məktəbdə iki və üçnövbəli dərs tədrisi qanunla nəzərdə tutulmur. Müəllimin dərs saatı artdıqca onun dərs demək enerjisi də tükənir. Bu halda heç bir təhsil keyfiyyətindən söhbət gedə bilməz”.

 

M.Məmmədli məktəblərdəki sıxlıqın yaranma səbəbinə aydınlıq gətirib:

 

“İbtidai siniflərdə xüsusi ad qazanan müəllimlər var ki, valideyn övladının sırf onun sinifinə qoyulmasını tələb edir.

Bu da sinifdə sıxlığın yaranmasına səbəb olur. Nəzərə alsaq ki, ən yaxşı nəticə göstərən  tədris müəssisələri özəllər və Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdir. Bu məktəblərdə sinifdəki şagird sayına xüsusi diqqət edilir”.

 

Təhsil jurnalisti son olaraq qeyd edib ki, hər sinifdə maksimum neçə şagird yerləşdirilə biləcəyi ilə bağlı məktəbdə vahid, standart forma yaradılmalıdır. Təlimat qaydalarına əməl olunarsa, məktəbdə heç bir şagird sıxlığı müşahidə edilməz.