Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-04 13:14:00
AMEA-da elmi konfrans: Vətən müharibəsi və yeni elmi reallıqlar  

Noyabrın 4-də AMEA-nın Rəyasət Heyətində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Vətən müharibəsi və yeni elmi reallıqlar” mövzusunda elmi konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbənin ikinci ildönümünə həsr olunduğunu söyləyib. Akademik İsa Həbibbəyli Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günündən, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, tarixi Şuşa Bəyannaməsindən, Qarabağda aparılan abadlıq və quruculuq işlərindən və “Şuşa İli” çərçivəsində AMEA-da görülən işlərdən söz açıb.

 

Konfransda, “Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin şah əsəridir”, “Tarixi Zəfərin fəlsəfəsi və yeni reallıqlar”, “Vətən müharibəsi qənimətləri əsasında Azərbaycan həqiqətlərinə baxış” və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zəfər diskursu: milli iftixardan qələbəyədək” mövzularda məruzələr dinlənilib.