Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-02 10:29:00
Builki qəbul imtahanları bu tarixlərdə keçiriləcək - Ekspert şərhi 

 

Tam orta təhsil səviyyəsi (11 illik)  üçün buraxılış imtahanları fevral ayının sonundan etibarən, ümumi (9 illik) orta təhsil səviyyəsi üçün isə mart və aprel ayı ərzində keçirilə bilər”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında qəbul məsələləri üzrə mütəxəssis Elçin Efəndiyev səsləndirib.

 

Mütəxəssis şagirdlərin qiymətləndirilməsinin istənilən dövrdə aparıla biləcəyini qeyd edib:

 

“Buraxılış imtahanlarının daha erkən və ya daha gec  keçirilməsi bir o qədər əhəmiyyət daşımır. Şagirdlərin bilik və bacarıqları istənilən dövr ərzində qiymətləndirilə bilər. Çünki imtahanda verilən suallar məktəbdə keçirilən mövzuları əhatə edir. İlkin ehtimal olaraq deyə bilərəm ki, fevral ayının sonundan etibarən imtahanlar başlaya bilər. Təbii ki, yekun qərar DİM tərəfindən veriləcək. Hazırda şagirdlərin təhsil müəssisəsində əldə etdiyi nəticələr şagird-məzun sisteminə yüklənməsi ilə bağlı tapşırıq verilib”.

 

Mütəxəssis qəbul imtahanları və əvvəlki illərin məzunları üçün buraxılış imtahanlının keçiriləcəyi tarix ilə bağlı proqnozunu bildirib:

 

"Qəbula gəldikdə isə, may ayında birinci şans, iyun-iyul aylarında isə ikinci şans imtahanlarının keçirilməsi gözlənilir. Əvvəlki illərin məzunlarının buraxılış imtahanları mart ayının sonu və ya aprelin ayının evvəlinə təsadüf edə bilər".

 

Qeyd edək ki, mütəxəssiz hazırda 2023-cü ildə keçiriləcək buraxılış imtahanları üçün, şagirdlərin ümumi  məlumatları sistemə köcürülməsi ilə bağlı, rayon təhsil şöbələrinə və regional  təhsil idarələrinə məlumat göndərildiyini bildirib.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları