Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-31 17:08:00
Astara məktəbliləri təhsil kreditlərilə bağlı maarifləndirilib-FOTO

 

Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov və Fondun məsul əməkdaşları Ağca Məmmədova və Orxan Abbasov 28 oktyabr tarixində Astara şəhər 2 saylı tam orta məktəbdə Fondun fəaliyyəti barədə maarifləndirici tədbirdə iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, sədr müavini tədbir iştirakçılarına Fondun tələbələr və tələbə olmaq arzusunda olan vətəndaşlarımız üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verib. Daha sonra Fondun əməkdaşı Ağca Məmmədova təhsil tələbə kreditlərinin verilməsi qaydaları barədə danışıb, iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.

 

Milli Məclisin deputatı Rəşad Mahmudov Təhsil Tələbə Krediti Fondunun Prezident cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə təsis olunmasından və bu Fondun yaradılması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən olmasından danışıb.

 

Astara şəhər 2 saylı tam orta məktəbdə baş tutan görüşdə Astara rayonu üzrə təhsil sektorunun müdiri Əliyeva Ülviyyə Qalib qızı və Milli Məclisin deputatı Dr. Rashad Mahmudov iştirak edib.

 

Tədbirin yüksək səviyyədə təşkili üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinin kollektivinə və Milli Məclisin deputatı Rəşad Mahmudova dərin təşəkkürümüzü bildiririk.