Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 10:20:00
“Heç bir barışıq olmayıb, xahiş edirəm ciddi tədbir görülsün”-Döyülən şagirdin ATASI

 

112 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı yayılan görüntülər ölkənin əsas gündəminə çevrildi.

 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həmçinin Daxili İşlər Nazirliyi müxtəlif açıqlamalar verərək, araşdırmaların davam etdiyini bildilər.

 

Şiddətə məruz qalan şagirdin atası Namiq Zeynalov AzEdu.az-a açıqlamasında deyildiyi kimi barışığn olmadığını nəzərə çatdıraraq, ciddi tədbir görülməsini xahiş edib:

 

“Dünən oğlum dərsdən sonra evə gəlmədi, yoldaşım mənə zəng edib direktorun onu saxladığını bildirdi. O da işdən icazə alıb məktəbə getdi. Daha sonra mənə zəng edib oğlumla ikisinin polis idarəsinə aparıldığını dedi. Niyəsini soruşanda prakraturaya aparıldıqlarını söylədi,çox narahat oldum. Direktor və polislə əlaqə qurmağa çalışdım, hara,niyə getdiklərini bilmirdim. Sonra isə hər ikisi evə gəldi. Məktəbin direktoru Elm və Təhsil Nazirliyinə uşaqlarla söhbət aparıldığını və onların barışdıqlarını deyib. Amma elə bir şey yoxdur. Mənə də heç nə deyilməyib. Barışıq lazım deyil, bu məni daha da qəzəbləndirir. Məsələ ilə bağlı ciddi tədbir görülməsini xahiş edirəm. Nazirliyə müraciət etmişəm, amma görülən işlər məni qane etmir. Çox xahiş edirəm məsələ ilə ciddi məşğul olunsun”.

 

Məsələ ilə bağlı 112 nömrəli tam orta məktəbdən hadisənin araşdırıldığı bildirilib. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxladığı, sinif rəhbərinin hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət apardığı qeyd edilib. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparıldığı söylənilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Təlimə Dəstək Mərkəzinin psixoloqlarının da məktəbdə olduğu, uşaqlarla zəruri söhbətin aparıldığı, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsinin qərara alındığı bildirilib.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalar nəticəsində şagirdlərdən birinin digərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbilə mübahisənin yarandığını açıqlayıb. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatlarının alındığı, xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertizanın təyin olduğunu qeyd edilib.