Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 10:27:00
Polis hücum edir, tələbələr qorxu içində qaçır-Tehranın Şərif Universitetində nə baş verir?-VİDEO

 

İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən hicab qaydalarının pozulmasına görə öldürülməsi səbəbilə etiraz aksiyaları davam edir.

 

Paytaxt Tehranda yerləşən bir çox universitetlərin tələbələri də etirazların aktiv iştirakçılarındandırlar.

 

AzEdu.az xəbər verir ki, həftə sonu Tehranın Şərif Universitetinin çox sayda tələbəsinin  universitetin şəhərciyinin avtomobil parkında sıxışdırılması ilə bağlı görüntülər yayılıb.

 

Görüntülərdə atəş səslərinin eşidilir və tələbələr qaçmağa çalışır.

 

Məlumatlara əsasən, polislərin universitet şəhəciyinə, tələbə yataqxanalarına atəş açdığı, təhlükəsizlik qüvvələrilə tələbələr arasında qarşıdurma yaşandığı deyilir.

 

Bazar günü Şərif Universitetində bir çox tələbə üçün semestrin ilk dərs günü olduğu, toqquşmalardan xəbər tutan tələbə və müəllimlərin axşam saatlarında şəhərciyin əsas qapısı qarşısında toplaşdığı bildirilir.

 

Universitetdə baş verənləri tam dəqiqləşdirmək isə hələ mümkün olmayıb.

 

Qeyd edək ki, qarşıdurmalar nıticəsində ölənlərin sayının getdikcə artığı bildirilir.

 

Videonu təqdim edirik: