Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-08 13:26:00
UNEC tələbələri Kapital Bankda Yay təcrübə proqramına başlayıblar

"Kapital Bank" ASC UNEC tələbələri və məzunları üçün növbəti dəfə Yay təcrübə proqramının seçim mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, 1-3 avqust tarixlərində keçirilən müsahibə proqramında 153 nəfər UNEC tələbə-məzunları iştirak ediblər. Onlardan 50 nəfər ilkin imtahan və müsahibə mərhələrini uğurla keçərək, Yay təcrübə proqramına qoşulublar.

 

Proqram müddətində tələbələrə büdcə sistemi, kreditlərin hesablanması və ödənilməsinin əsasları, dövlət vergi orqanlarına və bank sektorlarına işə qəbul və xidmətkeçmə qaydaları mövzularında nəzəri-praktiki təlimlər keçiriləcək, tələbələr şöbələrin iş prinsipi ilə yaxından tanış olacaqlar.

 

Proqramı uğurla birirən tələbələrə müvafiq vakansiyalar üzrə iş təklif olunacaq.