Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-23 12:08:00
DİM-dən qabiliyyət imtahanı ilə bağlı abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyunun 23-dən etibarən //eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər.

 

Bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

 

İxtisaslar

Komissiya kodu

İnstrumental ifaçılıq (alətlər üzrə)

20,21,22,23,31

Vokal sənəti (sahələr üzrə)

24, 25, 28

Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

26, 36

Dirijorluq (sahələr üzrə)

27

Bəstəkarlıq

29

Musiqi müəllimliyi

32

İnstrumental ifaçılıq (alətlər üzrə)

4302, 4402

Vokal sənəti (sahələr üzrə)

4701, 4702, 4501, 4502

İnstrumental ifaçılıq (alətlər üzrə)

220, 221, 222, 230

Vokal sənəti (sahələr üzrə)

223, 224

Aşıq sənəti

4102

Aşıq sənəti

227