Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-19 10:35:00
Almaniyada imtahansız təhsil almağın yolları – Ödənişsiz xidmətlər və pul qazanmaq şansları

AzEdu.az Almaniya universitetlərində imtahansız təhsil almağın yollarını izah edir.

Övladının Almaniyada təhsil almasını istəyən valideyn onu hələ VIII-IX siniflərdə oxuyarkən paralel olaraq alman dili kursuna qoymalıdır. Bir müddət sonra onun övladı B2 səviyyəli alman dili sertifikatı alır. Deməli həmin şagird orta məktəbi bitirən zaman artıq həm attestat, həm də alman dili üzrə B2 sertifikatı almış olur. 2-3 ilə alman dilini B2 səbviyyəsində öyrənmək çox asandır.

Bunu Alman dilinin ingiliscəyə nisbətən daha asan olmasını nəzərə alaraq qeyd edirik. Daha sonra Almaniya universitetlərinə ərizə yazmaq gərəkir. Beləcə,  bu universitetlərin bir neçəsindən qəbul cavabı gəlir.

Tələbə sonradan  gedib bir il müddətində qəbul olunduğu Almaniya universitetində “Sudienkolleg” - yəni, hazırlıq kursu oxumalıdır. Bu zaman o,universitet yataqxanasında qala, onun bütün imtiyazlarından istifadə edə bilər. Hətta bu zaman şəhər avtobuslarına pulsuz bilet də verilir. Daha sonra tələbə universitetin tam hüquqlu tələbəsi olur”.

Hətta pulsuz oxumaqla yanaşı, təhsilini davam etdirən tələbənin maddi ehtiyaclarını  da qarşılama imkanı var.

Çünki oxuduğu  müddət ərzində tələbə işləyə də bilər. Bəzən, onun heç valideyn köməyinə ehtiyacı da qalmır, hətta  əksinə, buradan valideynlərinə pul yardımı da etmək imkanı qazanar.

Qeyd edək  ki, Azərbaycanda hər hansı universitetdə təhsil alan tələbə də B2 setrtifikatı alaraq təhsilini Almaniyada davam etdirə bilər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları