http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2021-12-27 14:38:00
Azərbaycanda 5 şagird cinsi zorakılığa məruz qalıb  

2019-2020-ci illərdə 35 şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

 

Sənəddə qeyd edilib ki, həmin illərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı 35 nəfər şagirdin təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkar olunub.

 

Həmin şagirdlərdən 5-i seksual, 7-si fiziki, 5-i psixi zoralığa və 18-i isə qısnamaya məruz qalıb.