Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 12:18:00
Müəllim azyaşlının təbii ehtiyacını ödəməyə İCAZƏ vermədi, VALİDEYNİ günahlandırdı

 

Son zamanlar təhsil müəssisələrində şagirdin qeyri-etik davranışı, direktorun qanunsuz pul toplaması kimi hallar ölkənin əsas müzkairə mövzularından birinə çevirilib.

 

Bununla yanaşı hadisənin Bakı şəhərində olduğunu qeyd edən bir ibtidai sinif müəlliminin sosial şəbəkədəki paylaşımı diqqət çəkib.

 

AzEdu.az xəbər verir ki, Ramin Vəliyev adlı müəllim şagirdə təbii ehtiyacını ödəmək üçün sinifdən çıxmağa icazə vermədiyini və şagirdin ehtiyacını sinifdə ödədiyini qeyd edib.

 

“Şagirdim 1 dərs ərəfəsində 2 ci dəfə icazə istədi, mən də icazə vermədim. Şagird ehtiyacını sinifdə ödədi. Bundan sonra onu dərs bitənə qədər oturacaq batmasın deyə ayaq üstündə saxladım. Çünki oturacağı təmizləmək əsas məsələ idi”-deyə Ramin Vəliyev qeyd edib.

 

O, daha sonra hadisədən xəbər tutan və şikayət etmək istəyən valideyni günahlandırıb:

 

“Dərs bitəndən sonra da şagirdi valideyninə dolayı yolla təhfil verilməsinə nail oldum və valideyninə heç bir məlumat vermədim. Fikirləşdim ki, evə gedəndən sonra bilərlər və məktəbdən şübhələnməzlər. Valideyn evə gedəndən sonra bilib. Uşaq da məktəbdə olan hadisəni danışıb. Valideyn də öz növbəsində indi məndən və ya məktəbdən şikayət edir. İndi onları başa salmağa çalışıram ki, hadisədir olub olub. Böyütməyə ehtiyac yoxdur”.

 

Son olaraq o,-“Belə Valideynlər müəllimlərdən nə istəyirlər başa düşə bilmirəm”-deyə bildirib.

 

Qeyd edək ki, hadisə ilə bağlı AzEdu.az Təhsil Portalından ətraflı şəkildə Təhsil Nazirliyinə məlumat göndərilib və nəticə olaraq cavab gözlənilir.