Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-15 16:17:00
İki alimimiz ABŞ universitetinin qiymətləndirmə siyahısına düşüb

ABŞ-ın Stanford Universiteti bu ilin oktyabr ayında dünyanın ən nüfuzlu alimlərinin reytinq qiymətləndirmə siyahısını dərc edib.

 

AzEdu.az  xəbər verir ki, builki siyahıya Azərbaycanda və xaricdə fəaliyyət göstərən 25-dən çox azərbaycanlı alimin adı daxil edilib.

 

Onlardan 8-i ölkəmizdə, digərləri isə Türkiyə, ABŞ, Avstraliya, Portuqaliya, Rusiya və s. ölkələrdə fəaliyyət göstərir.

 

Azərbaycanda fəaliyyət göstərən və adı siyahıya daxil edilmiş 8 alimdən 5-i Azərbaycan Milli Elmlər Akademiyasıın əməkdaşıdır. Onlardan isə 2-si İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşıdır.

 

Bunlar institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev və şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir. Hər iki alim dünyada “İnformasiya və kommunikasiya texnologiyaları” elmi istiqaməti üzrə çalışan və məqalələri “Scopus” bazasında indeksləşən 253 359 alim arasından seçilib. Onu da xüsusilə qeyd etmək lazımdır ki, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2020-ci ildə də Stanford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil edilib.

 

Bu reytinq siyahısı iki mühüm göstərici – məqalə və istinadların sayı əsasında hazırlanır. Belə ki, ilkin mərhələdə 2020-ci ildə ən azı 5 məqaləsi “Scopus” bazasında indeksləşən alimlər seçilir. Sonrakı mərhələdə isə bu seçilmişlərin arasından həmin ildə ən çox istinad alan, başqa sözlə, ilk 2 %-ə daxil olan alimlərin adı reytinq siyahısına daxil edilir.