Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 12:58:00
Maaş və pensiyalarda 20 faizə yaxın artım gözlənilir

Komitə sədir: “Qiymətlərin artması təbii bir prossesdir...”

 

“Prezident İlham Əliyev həmişə əhalinin sosial müdafiəsini daxili siyasətin prioritet istiqaməti kimi görür və daim pensiya, müavinət, təqaüd və əməkhaqların artırılmasına dair sərəncam imzalayır”.

 

AzEdu.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

 

Komitə sədri qeyd edib ki, 2019-cu ilin əvvəllərində inqilab xarakteli sosial paket qəbul olunub:

 

“Təxminən 4 milyard 5 milyon manat həcmində olan bu paket indiyə qədər Azərbaycan əhalisinin bütün təbəqələrindən olan insanların sosial təminatını yaxşılaşdırmış oldu. Pandemiya zamanı da eyni prosses davam elədi, sosial müdafiə tədbirləri görüldü. İş yerləri qorunması, işsiz vətəndaşlara müavinətlərin verilməsi, sahibkarkarlara dəstək və.s sahədə 3 milyarda yaxın dövlət büdcəsindən vəsait yönəldildi. Post müharibə dövründə bu prosses davam edib. Bu sərəncam da böyük ehtimal yanvarın birindən dövlət büdcəsi təsdiq olunandan sonra qüvvəyə minəcək. Əməkhaqı, pensiya, təqaüdlər də artacaq”.

 

Musa Quliyev əhalinin əməkhaqqı, pensiya, təqaüd və sosial müavinətinin necə faiz artacağı haqda hazırda hökumətin hesablama apardığını qeyd edib:

 

“Burada nə qədər büdcə vəsaiti lazım olacağını, necə faiz artırılacağını hesablamalardan sonra bilinəcək. Hərə havadan bir rəqəm söyləməklə bu iş həll olunmur. Digər xidmətlər və ya malların qiymətlərinin artıb-artmayacağını artıq büdcə müzakirələrində görəcəyik. Bəri başdan hansısa bir faiz söyləmək yalnız bizim subyektiv fikrimiz ola bilər. Düşünürəm ki, 20 faiz civarında artım ola bilər. Konkret hansı istiqamətdə nə qədər artım olacaq, əməkhaqqı, təqaüd, pensiya, sosial müavinətlər necə faiz artacaq, bunu artıq hökumətin hesablamasından sonra biləcəyik. Yəqin ki, bu həftə ərzində hökumət öz fikrini elan edəcək”.

 

İnsanlar arasında digər sosial xərclərdə qiymət artımı ilə bağlı təlaşın olmadığını vurğulayan komitə sədri bildirib ki, bu təlaşı sosial şəbəkələrdə bəzi qrupların yaratmaq istədiyini vurğulayıb:

 

“İnsanlar öz dövlətinə, rəhbərinə də arxayındır. Bilir ki, rəhbər də, dövlət də heç kəsi sosial müdafiəsiz qoymayacaq. Qiymətlərin artması isə təbii bir prossesdir. Bütün dünyada postcovid dövründə artıq müəyyən münasibətlər dəyişəcək. İqtisadi fəallıq, bəzi sahələrdə qiymətlərin artımı, aşağı düşməsi olacaq. Ona uyğun da əməkhaqqı artacaq. Yəni, heç vaxt olmayıb ki, Azərbaycanda hansısa vaxt qiymət artımı olsun, əmək haqqı, pensiya, müavinət də artımı olmasın. Bunlar bir-biri ilə bağlı prosseslərdir və hökumətin də tam nəzarətindədir”.