Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-06 09:23:00
Bakıda orta məktəb şagirdini avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verirki , hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Ədalət oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.