https://www.zirve.edu.az/
06.03.2018 09:32
Universitetdə aktyor sənəti ilə bağlı konfrans keçirilib

Martın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Milli Teatr Gününə həsr olunan “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” mövzusunda tələbə elmi konfransı keçirilib.

AzEDU.az xəbər verir ki, tədbirdə ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə universitetin teatrşünaslıq kafedrası tərəfindən təşkil olunan konfransın çox mühüm elmi-nəzəri mövzunu əhatə etdiyini söyləyib.

Bildirilib ki, konfrans teatr sənətində aktyor sənətinin inkişaf tendensiyalarını təhlil etməklə yanaşı, tələbələrdə araşdırma vərdişlərini formalaşdırmaq, onların tədqiqatçılıq səriştələrini artırmaq məqsədini qarşıya qoyub.

Sonra tələbələrin “Orta əsrlərdə dini tamaşalar: janr təsnifatı”, “Şərq ənənəvi teatr mədəniyyətində aktyor sənəti”, “Postdramatik teatrda aktyor sənəti” və digər mövzularda məruzələri dinlənilib.