https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-07-21 14:25:00
Bakalavrların  qeydiyyat  müddəti uzadıldı - Bu tarixədək 

Məlum olduğu kimi, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı portal.edu.az platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır.

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

 

21 iyul səhər saatlarına olan məlumata əsasən 8941 (83%) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61%) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

 

Bakalavrların nəzərinə çatdırırıq ki, qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb

 

Bakalavrlar https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.