Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-03 12:40:00
Ötən il Zəngilanın ümumtəhsil müəssisələrinin məzunları imtahanlarda yüksək nəticə göstəriblər  

2020-ci ildə Zəngilan rayonunun ümumtəhsil müəssisələrini 453 şagird bitirib və onların 448 nəfəri buraxılış imtahanında iştirak edib.

AzEdu.az  xəbər verir ki, rayonun məzunlarının buraxılış imtahanında topladıqları orta bal respublika üzrə orta göstəricidən tədris dili fənni üzrə 59.59-a, riyaziyyat fənni üzrə 35.24-ə, xarici dil fənni üzrə 44.33-ə, hər üç fənn üzrə orta bal 139.16-ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 19.91%, 19.70%, 20.49%, 20.18% yuxarıdır.

 

Ümumilikdə 448 nəfər attestat alıb. Attestat alanların 83.93%-i (376 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 66.52%-i (298 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə attestat alanların 91.96%-i (412 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.

 

Qəbul imtahanlarının nəticələrinə əsasən, rayonun 246 məzunu (imtahanlarda iştirak edənlərin 59.71%-i) tələbə adını qazanıb. Onların 41.46%-i (102 nəfəri) dövlət, 1.22%-i (3 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 48.78%-i (120 nəfəri) dövlət, 8.54%-i (21 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

 

Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Rayonun məzunlarının 51 nəfəri 500-dən, o cümlədən 14 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.

 

Rayonun abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 307.652-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 10.3% yuxarıdır.

 

Qəbul imtahanlarında 31 məktəbin məzunları iştirak edib.(Azərtac)