Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-24 11:11:00
Dövlət Proqramı məzunundan növbəti təlim proqramı  
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.
 
 
AzEdu.az xəbər verir ki, 25 iyun saat 17:00-da baş tutacaq təlim proqramı “Müqavilələrin idarəolunması proseduru” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Fransanın Strasburq Universitetinin hüquq ixtisası üzrə magistratura pilləsindən məzun Maarifə Paşayevadır. 
 
 
Təlimdə iştirak etmək üçün müvafiq link  https://cutt.ly/xn82hOH  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.
 
 
Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.