https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-10 10:12:00
UNEC-in Zaqatala filialının kollektivi təltif olunub

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyatlərinə görə UNEC-in Zaqatala filialının əməkdaşlarının təltif edilməsi barədə əmr imzalayıb.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin 04.06.2021-ci il tarixli əmri ilə universitetin əməkdaşları “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı” və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilib.

 

Təltif olunan əməkdaşların siyahısı aşağıdakılardır.

 

“Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə

 

Qədimova Həqiqət- UNEC-in Zaqatala filialının direktorunun müavini, dosent;

Raziyev Səfər- “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, dosent;

Əzimov Arif- “İqtisadiyyat və idarəetmə” kafedrasının dosenti;

Babayeva Xəzəngül- “İqtisadiyyat və idarəetmə” kafedrasının baş müəllimi;

 

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”

 

Rzayev Orucəli - UNEC-in Zaqatala filialının direktoru, professor

Hacıkərimova Xatın- İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi

İsmayılova Bahar - İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi

Qırtımov Qüdrət - İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi

Arıxov Camal - İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi

Əliyeva Rəna - İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi

Əliyev Müslüm - İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi