https://www.zirve.edu.az/ #
2021-04-13 17:37:00
"Sosial-iqtisadi proseslərin öyrənilməsinə riyazi yanaşma” mövzusunda vebinar keçiriləcək  

Bakı Mühəndislik Universiteti (BMU) “Dünya iqtisadiyyatı” kafedrasının təşkilatçılığı ilə “Sosial-iqtisadi proseslərin öyrənilməsinə riyazi yanaşma” mövzusunda vebinar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, tədbir universitetin Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dosent Şəhriyar Muxtarovun moderatorluğu ilə baş tutacaq.

 

Əsas məruzəçi qismində isə Kral Abdullah Neft Araşdırmaları və Tədqiqat Mərkəzinin elmi işçisi, i.ü.f.d., dosent Ceyhun Mikayılov çıxış edəcək.

 

Aprelin 22-də saat 17:30-da keçirilməsi planlaşdırılan vevinara aşağıdakı link vasitəsilə qoşulmaq mümkündür: meet.google.com/tpu-aohm-gmz

Vebinarda mövzu üzrə əsasən aşağıdakı məsələlərə yer veriləcək:

* Fəlsəfəsi

* Elmi təməlləri

* İstifadə istiqamətləri

* Növləri

* Modelləşdirmə

* Proqnozlaşdırma

* Hal-hazırkı inkişaf səviyyəsi

Müzakirə olunacaq bəzi maraqlı məqamlar:

Sosial-iqtisadi proseslərin tabe olduğu qanunlar varmı?

Vaksinlər (məsələn Covid-19 vaksinləri) niyə hamıda eyni effekti vermir?

Statistikaçı George Box “Bütün modellər səhvdir, amma bəziləri faydalıdır” deyir. Bunu necə anlamalı?

Optimallaşdırma (Xətti/Qeyri-xətti proqramlaşdırma, Məhdudiyyət şərtli və şərtsiz optimallaşdırma, CGE (Qiymətləndirilə/hesablana bilən ümumi tarazlıq) və DSGE (Dinamik Stoxastik ümumi tarazlıq) modelləri).

Ekonometrik Modelləşdirmə

Məlumat (data)! “Tanrıya güvənirik, etimadımız tamdır. Onun xaricində hər kəs (dediyini əsaslandırmaq üçün) data gətirməlidir.” W. Edwards Deming.

Hər addımımızda istifadə etdiyimiz bir vasitə olaraq Qiymətləndirici (Estimator)!

Mütləq determinizm və stoxastik fərqliliklərin qaynağı

Bir məsələdə birdən çox doğru ola bilərmi?

Proqnozlar çox hallarda niyə tutmur?