Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-20 14:29:00
Rusiya əcnəbi tələbələrin əyani təhsil üçün ölkəyə girmələrinə icazə verdi

Rusiya hökuməti koronavirus infeksiyası az yayılan ölkələrdən gələn əcnəbi tələbələrin ölkədə əyani təhsilə qayıtmasına icazə verib.


Bu barədə “İzvestiya” xəbər yayıb.

 

Rusiya Təhsil və Elm Nazirliyi əcnəbi tələbələrin girişi üçün prosedur qaydaları hazırlayıb.


Belə ki, əcnəbi tələbələrin xüsusi alqoritmdən istifadə edilərək universitetlərə qayıda bilib-bilməyəcəyi təyin ediləcək. “Rospotrebnadzor” bu cür dövlətlərin siyahısını mütəmadi olaraq yeniləyəcək.


Tələbələrdən gəliş tarixindən on gün əvvəl qayıtmaq niyyətləri barədə qurumları məlumatlandırmaq tələb olunacaq. Rusiyaya gəlməmişdən üç gün əvvəl onlar PZR testi verməlidirlər. Bundan başqa tələbələr Rusiyada koronavirusa qarşı ikinci testdən keçməli və nəticələr çıxana qədər özünü təcriddə qalmalı olacaqlar.