Azedu.az

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI  

Ali təhsil

9 Mart 2021, 15:34
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı AÇIQLANDI  

Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 90-dan çox ölkədən 6,6 mindən çox əcnəbi tələbə təhsil alır.

 

AzEdu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

 

Hesabatda bildirilir ki, 2020-2021-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 442 nəfər xaricdə təhsil almaq imkanı qazanıb. Bu təqaüd proqramları Çin, Macarıstan, Rumıniya, Rusiya, Latviya, Qazaxıstan kimi ölkələri əhatə edir.

 

"2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində 2020-ci ildə 34 Azərbaycan vətəndaşı 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura təhsili almaq hüququ qazanıb".

Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı
Son xəbərlərDaha çox