Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Bayram İbrahimov Moskva Rabitə və İnformatika Texniki Universitetində (MRİTU) onlayn keçirilən “İnformasiya cəmiyyətinin texnologiyaları” adlı iki günlük XV beynəlxalq elmi-texniki konfransda çıxış edib.
AzEdu.az xəbər verir ki, o, konfransın plenar iclasında “Kvant texnologiyasından istifadə etməklə optik-lifli rabitə xətlərinin effektivliyinin yüksəldilməsinin tədqiqi” mövzusunda məruzə edib.
Konfransda kafedranın digər professorları da iştirak edib.