Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-21 17:45:00
Azərbaycanda koronavirusa 218 yeni yoluxma qeydə alınıb, 9 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 228 246nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 olub.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 309, bu günə qədər isə ümumilikdə 2 341 807test icra olunub.