Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-15 13:18:00
AzTU-nun baş müəlliminin həmmüəllifi olduğu yeni dərslik nəşr olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat kafedrasının baş müəllimi, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev və “Bank of Baku“ ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini, Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmovun həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və onun proqramı nəşr edilib.

 

AzEdu.az xəbər verir ki, universitetlərdə tədris ediləcək bu dərslik nəzəri yanaşmanı və praktik məsələləri əhatə edir. Kitab bank əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşməsində, əhalinin maliyyə savadlığının yüksəlməsində mühüm rol oynayacaq.

 

AzTU, "Visa İnc." beynəlxalq kart təşkilatı, Azərbaycan Banklar Assosiasiyası, "Zolotoya Korona" ödəniş sistemi və ödəniş ekosistemində təmsil olunan digər təşkilatların dəstəyi ilə nəşr olunan bu kitabda ödəniş ekosistemi, rəqəmsal ödənişlər, ödəniş alətləri və xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətləri, elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər üzrə qabaqcıl beynəlxalq təcrübə və innovativ həllər açıqlanıb.

 

Nəşrdə müxtəlif iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə nəzəri baxışlar, “hörümçək toru” və onun şərhi də verilib.