
28.11.2020 15:16
Su hansı hallarda zərərlidir?
Nə demiş Nizami? “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da”.
Bu həqiqətən də belədir. Bəzən suyun yol açdığı fəsadlardan qurtulmaq, orqanizmin susuzluğu probemindən qurtulmaqdan qat-qat daha çətindir. Bəs su hansı hallarda faydalı olmaqdan çıxır?
AzEdu.az zərərli olduğu halları təqdim edir:
- Yatmazdan öncə su içmək məsləhət görülmür. Səbəblər sadədir. Birinci səbəb yuxunun pozulmasıdır. Belə ki, su içdiyiniz təqdirdə gecə ayaqyolu ehtiyacınızı ödəmək üçün oyanacaq, daha sonra isə yatmağa çətinlik çəkəcəksiniz. İkinci səbəb isə böyrəklərin gecə fəal işləməməsinə görə səhər oyandığınız zaman üzünüzün və ayaqlarınızın şişmə ehtimalıdır.
- Alimlərin fikrincə idmanla intensiv məşğul olduğunuz saatlarda su içmək bir sıra fəsadlara yol aça bilər. İdmanla məşğul olduğumuz zaman bədənimiz isinir və biz tez-tez əlimizi su şüşəsinə uzadıraraq normadan artıq maye qəbul edirik. Beləliklə, elektrolitlərin orqanizmdən çıxmasına maneə oluruq. Bundan əlavə artıq içilən su ürəyə ağırlıq verir.
- Yanmanı su ilə söndürmək olmaz. Xüsusilə acı bibər yediyiniz halda. İş orasındadır ki, acı qida qəbul etdiyimiz zaman dilimizin yanmasına səbəb olan kapsaisin maddəsidir. Bu maddəni blok etmək və yanmanı dayandırmaq üçün analoji qida qəbul etmək daha məqsədə uyğundur. Məsələn süd. Su içdiyimiz zaman isə kapsaisin ağız boşluğuna və mədəyə yayılaraq vəziyyəti çətinləşdirir.
- Yemək yediyimiz zaman su içmək məsləhət görülmür. Belə ki, yemək yediyimiz zaman ifraz olunan tüpürcək həzm prosesi üçün faydalıdır. Su içdiyimiz zaman isə tüpürcəyin miqdarı azalır və həzm prosesində problemlər yaranır.
- Qarnınız artıq su ilə dolu ikən, gündəlik su tələbatınızı ödəməkdən ötrü su içməyə davam etmək təhlükəlidir. Artıq içilən su orqanizmdəki natrium maddəsini yuyub aparır, böyrəklərin fəaliyyətini ləngidir və qana lazımı maddələrin ötürülməsinə maneə olur.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb
20.01.2021 | 17:13
Çayın koronavirusa inanılmaz təsiri: 10 saniyəyə... - Alimlər AÇIQLADI
20.01.2021 | 16:14
Analitik zəkanızı gücləndirmək üçün 5 metod
20.01.2021 | 15:06
7 dərəcə şaxta olacaq, güclü külək əsəcək - Sabahın HAVASI
20.01.2021 | 14:51
İkinci mərhələdə koronavirusa qarşı peyvənd kimlərə vurulacaq?
20.01.2021 | 14:21
Elmə məlum olmayan yırtıcılar tapıldı
20.01.2021 | 13:50
Ən şiddətli ağılara səbəb olan 10 xəstəlik
20.01.2021 | 13:19
Prezident və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
20.01.2021 | 12:47
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi
20.01.2021 | 12:32
Okeanın dərinliklərində elmə məlum olmayan yeni yırtıcılar kəşf olundu - FOTO
20.01.2021 | 09:46
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
13.01.2021 | 09:00
Ənənəvi dərslər nə zaman başlayacaq? - Təhsil Nazirliyindən açıqlama

15.01.2021 | 16:25
Onlayn dərslərdən yayınan müəllimlərə XƏBƏRDARLIQ edildi

15.01.2021 | 10:12
Təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarına start verilib

13.01.2021 | 11:18
Bu müəllimlərə əlavə dərs saatları verilir- QAYDA

17.01.2021 | 12:36
Nazir tədrisin təşkili ilə bağlı məsələlərə aydınlıq gətirəcək-DİQQƏT

11.01.2021 | 11:36
Ali məktəblərdə imtahanların keçirilməsi qaydası açıqlandı - Təhsil Nazirliyi

16.01.2021 | 11:42
Məktəblərlə bağlı qərar nə vaxt veriləcək?-Prezident köməkçisi açıqladı

14.01.2021 | 15:06
DİM 2 növ elektron imtahan hazırlayıb – Məleykə Abbaszadə yeniliyi açıqladı

FACEBOOK