Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-01 12:04:00
“Mənfur ermənilər bizim təhsil sistemimizə də bir çox zərbələr endiriblər”- İctimai Şuranın sədri

 

 

 

“Mənfur ermənilər bizim təhsil sistemimizə də bir çox zərbələr endiriblər. Bu yalnız  hazırkı zamanda baş verməyib.  Ermənilər 15 il   bundan qabaq Fransa mətbuatına açıqlamasında  bildiriblər ki,  biz yalnız Azərbaycanın torpaqlarını almaqla kifayətlənməmişik, eyni zamanda onun təhsil sistemini də darmadağın etməyi planlayırıq”.

 

 

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov deyib.

 

 

 

Ermənilərin həm də  təhsilimizə vurduğu zərərlərdən söz açan Ş.Əsgərov  düşmənin mənfur niyyətinə toxunub:

 

 

“Allahdan bütün  şəhidlərimizə  və  xüsusən erməni vəhşiliyi nəticəsində həlak olan  şagirdlərimizə rəhmət diləyirəm. Mülki əhalinin olduğu yerə müharibə zamanı  atəş  açmaq  vəhşilik və barbarlıqdı. Bu cinayəti edənlərə lənət olsun!

 

 Mənfur ermənilər bizim təhsil sistemimizə də bir çox zərbələr endiriblər. Bu yalnız  hazırkı zamanda baş verməyib.  Ermənilər 15 il   bundan qabaq Fransa mətbuatına açıqlamasında  bildiriblər ki,  biz yalnız Azərbaycanın torpaqlarını almaqla kifayətlənməmişik, eyni zamanda onun təhsil sistemini də darmadağın etməyi planlayırıq.

 

Torpaqlarımız Allahın köməyi ilə azad olunduqdan sonra rayonlarda idarəetmə strukturları formalaşmalı  və icra hakimiyyətlərinin birinci məsələsi məktəblərin işə salınması və şagirdlərin təhsil müəssisələrinə  yerləşdirilməsi olmalıdır. Orada təhsilimizi çox gözəl inkişaf etdirəcəyik. Əvvəl kəndlərimiz minadan təmizlənməli, əhali orada məskunlaşmalı sonra isə təhsil öz yoluna düşməlidir.

 

 

Təhsil dünyanın qlobal problemlərindən biridir. Hər bir ölkə çalışır ki, öz təhsilini yüksək dərəcədə inkişaf etdirsin. Bunun üçün çoxlu şərtlər lazımdır. Onun infrastrukturu inkişaf etməli, kadr potensialı yüksəlməli, savadlı müəllimlər artmalıdır. Təhsili sözdə həll etmək çox asandır. Lakin onu praktiki həyata tətbiq etmək çox çətin və vacibdir”.

 

 

Qeyd edək ki, ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları