Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-29 13:38:00
Dərslərin yeni qaydalarla təşkili bu tarixədək davam edəcək

Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi yeni qaydalarla 2020-ci il noyabrın 2-dək davam edəcək.

 

AzEdu.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarda göstərilib.

 

Noyabrın 2-dən sonra tədrisin təşkili ilə bağlı yeni qərar olacaq. Bu, ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq.