https://www.zirve.edu.az/
01.08.2020 15:42
Astarada ümumtəhsil məktəbinin məzunlarına fərqlənmə attestatları təqdim olunub
Çap et

2019-2020-ci tədris ilində Astara rayonunun ümumi orta və tam orta təhsil müəssisələrini 2211 nəfər bitirib. Onlardan 15 nəfəri fərqlənmə attestatı alıb.

AzEdu.az xəbər verir ki, fərqlənmə attestatı alanlardan on bir nəfəri - Günel Dadaşova (Astara şəhər 1 nömrəli tam orta məktəbi), Vüqar Mirzəyev (şəhər 3 nömrəli tam orta məktəbi), Ellada Cəfərzadə (şəhər 5 nömrəli tam orta məktəbi), Mehriban Ağayeva (Kijəbə qəsəbə tam orta məktəbi), İbrahim Həsənli (Təngərüd kənd tam orta məktəbi), Nuray Şahnamazova (Vaqo kənd tam orta məktəbi), Fatimə Mehrəliyeva (Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyi), Boli Əbilov (Ərçivan qəsəbə 2 nömrəli tam orta məktəbi), Fatma Əbilova (Ərçivan qəsəbə 4 nömrəli tam orta məktəbi), Kəmalə Əzizova (Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbi) və Nahid Novruzov (Səncərədi kənd tam orta məktəbi) IX, dörd nəfəri-Nərmin Qəhrəmanova və Məhəmməd Şəfəqqətov (şəhər 1 nömrəli tam orta məktəbi), Xədicə Nəsirli (Suparibağ kənd tam orta məktəbi) və Səidə Məmmədova (Təngərüd kənd tam orta məktəbi) XI sinif məzunlarıdır.

 

Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla ümumtəhsil məktəbinin məzunlarına fərqlənmə attestatlarını təqdim edib.