Ukraynanın paytaxtı Kiyevdə ermənilər dörd azərbaycanlı tələbəyə atəş açıb, onlardan ikisi yaralanıb.
İnsident ötən gün yerli vaxtla 21:30-da qeydə alınıb.
Məlumata görə, azərbaycanlı tələbələr evə qayıdan zaman Ermənistan qeydiyyat nömrə nişanlı avtomobili binanın həyətində görüblər.
Ermənilərdən biri silahla atəş açıb və hadisə yerindən qaçıblar. İki azərbaycanlı tələbə yaralanıb. Hadisə yerinə polis və təcili yardım maşınları çağırılıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.