AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir.
İnstitutdan AzEdu.az-a bildirilib ki, molekulyar biologiya ixtisasından proteomiks kursu, biokimya ixtisasından bioenergetika kursu, biotexnologiya ixtisasından tibbi biotexnologiya kursu üzrə “Zoom” platformasında onlayn imtahanlar keçirilib.
İmtahanlarda AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak ediblər.