Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 15:41:00
Azərbaycan-Fransız Universiteti: İstehsalat təcrübəsinin əvəzində tələbələr biblioqrafik mövzu üzərində çalışırlar

ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) dördüncü kurs tələbələri akademik tələblərə uyğun olaraq mart-iyun aylarında 10-14 həftəlik istehsalat təcrübəsində iştirak etməli idilər. UFAZ-ın Təhsil departamenti hər bir tələbənin ixtisası üzrə təcrübə yerlərində yerləşdirilməsini təmin etmişdi. Lakin pandemiya ilə əlaqədar dəyişən şərtlər daxilində tələbələrin böyük əksəriyyətinin istehsalat təcrübəsi təxirə salındı. Vəziyyət ilə əlaqədar yerli və fransalı ekspertlər çevik qərar verərək təcrübə yerini itirmiş tələbələr üçün alternativ variant hazırlayıb və tələbələrə öz sahələrinə uyğun biblioqrafik mövzu üzərində işləmək tapşırığı verilib.

 

Bu barədə AzEdu.az-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, bu proses proqram menecerləri tərəfindən idarə edilir və hər tələbə üçün fərdi qaydada tərtib olunub. Hazırda tələbələr hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdim edirlər.