Azedu.az

Tələbələrin 13 dünya çempionatı ləğv olundu

Ali təhsil

Maraqlı

27 Mart 2020, 12:39
Tələbələrin 13 dünya çempionatı ləğv olundu

Beynəlxalq Universitet İdmanları Federasiyası (FISU) avqusta kimi nəzərdə tutulan bütün yarışları ləğv edib.

 

AzEdu.az xəbər verir ki, həmin federasiyanın İcraiyyə Komitəsi və 2020-ci ildə keçiriləcək tələbə idmançılar arasında dünya çempionatlarının təşkilat komitələri bu barədə qərar çıxarıb.

 

Qərara əsasən, iyun, iyul və avqust aylarında Macarıstan, Niderland, Polşa, Tayvan, İspaniya, Slovakiya, İtaliya, Çin, Rusiya və Qazaxıstanda keçirilməli olan müxtəlif idman növləri üzrə 13 dünya çempionatı ləğv edilib. FISU-nun baş katibi Erik Seyntrond bu barədə yerli federasiyaları məlumatlandırıb. (oxu.az)

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox