https://www.zirve.edu.az/
10.03.2020 14:05
Məktəb direktorlarının idarəetmə sahəsində bilik və bacarıqları artırılır
Çap et

Azərbaycan Dillər Universitetində (ADU) məktəb direktorları üçün fevralın 29-dan keçirilən təlimlər davam edir.

AzEdu.az xəbər verir ki, məktəb meneceri ixtisası üzrə təlimlərdə Bakı və regionlardakı orta ümumtəhsil məktəblərinin direktor və direktor müavini vəzifəsində çalışan və seçim müsabiqəsində uğur qazanan mütəxəssislər iştirak edirlər. İştirakçılara həmin ixtisasın spesifik “Strateji planlaşdırma və idarəetmənin həyata keçirilməsi” modulu öyrədilir. Təlimlərin məqsədi müasir idarəetmə sahəsində bilik və bacarıqlara yiyələnən, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb rəhbərlərini yetişdirməkdən ibarətdir. Eyni zamanda, bu modulun əsas məqsədi məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir.

Modulun icrası cəmi 8 tədris həftəsi üçün nəzərdə tutulub və qalan vaxt tələbəyönümlü fəaliyyətlərə ayrılacaq. Bu modul üçün hazırlanan qiymətləndirmələri müvəffəqiyyətlə başa vurduqdan sonra hər bir iştirakçı sertifikat alacaq.

Xatırladaq ki, təlim iyunun 6-dək davam edəcək. Kursun sonunda iştirakçılara məktəb idarəetməsi ilə bağlı sertifikatlar veriləcək.

Layihənin Azərbaycan Dillər Universitetindəki koordinatoru Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Elçin Hüseynovdur.