Azedu.az

Dövlət İmtahan Mərkəzi TOEFL imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi

13 Fevral 2020, 13:21
Dövlət İmtahan Mərkəzi TOEFL imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzinin (DİM) Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında fevralın 15-də TOEFL imtahanı keçiriləcək. İmtahan saat 09:30-da başlayacaq.

AzEdu.az xəbər verir ki, imtahanda iştirak etmək istəyən şəxslər saat 08:30-dan gec olmayaraq göstərilən ünvanda olmalıdırlar.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupundan olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. İmtahan haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün //dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.

TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox