Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-20 15:00:28
Abituriyentlər bu səbəbdən imtahana buraxılmadılar –  Nəticələr ləğv olundu

 

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM)  2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

AzEdu.az  xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılıb.

 İmtahanların idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunub.

 33139 abituriyentin iştirakı nəzərdə tutulan imtahanda  bəzi şagirdlər müxtəlif səbəbdən iştirak etməyiblər. Bəzilərinin isə nəticələri ləğv olunub.

 DİM-dən verilən rəsmi məlumata əsasən,  dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıb.

 Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.