![](https://azedu.az/uploads/news/2020/02/azedu.az_beyleqan_610.jpg)
AzEdu.az xəbər verir ki, Beyləqan şəhər 2 nömrəli tam orta məktəbdə “Şəhidlər unudulmur” layihəsi çərçivəsində tədbir keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin layihəsi ilə reallaşan tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, 2016-cı il Aprel döyüşlərinin iştirakçıları, müəllim və şagirdlər iştirak edib.
Azərbaycan Ordusunun zabiti, kapitan Anar Kazımov əsgərlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, “Şəhidlər unudulmur” layihəsinin də məqsədi torpaqlarımız uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərlik və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsidir.
Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin nümunəvi siniflərinə şəhidlərin adı verilir və bu sıradan Beyləqan 2 nömrəli tam orta məktəbin 7A sinfinə şəhid Tural Əhlimanlının adı verilib. Sinifdə şəhidin guşəsi də yaradılıb.
Tədbir məktəblilərin şəhidlərə həsr olunan kompozisiyası ilə yekunlaşıb.
(Azərbaycan müəllimi. Sifai SƏFƏROVA)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)